Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

17 İyl 12:00Iqtisadiyyat

Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi fəaliyyətə başladı

İyulun 16-da Zaqatala rayonunda Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Regionda fəaliyyət göstərən sahibkarların və öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə KOB İnkişaf Mərkəzinin fəaliyyəti, sahibkarlara göstərəcəyi dəstək və xidmətlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Agentlikdən verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan mərkəz Zaqatala, Balakən, Qax və digər ətraf rayonlarda fəaliyyət göstərən KOB subyektlərinə, biznesə başlamaq istəyənlərə biznesyönümlü təlim və məsləhət xidmətləri göstərəcək. Mərkəz tərəfindən həmçinin, region üzrə KOB-ların sahibkarlıqla bağlı mövcud dəstək və xidmətlər, bu sahədəki yeniliklər barədə maarifləndirilməsi üçün sistemli iş aparılacaq. Sahibkarlar mərkəzə müraciət etməklə maliyyə resurslarına çıxış, bunun üçün mövcud dövlət dəstəyi və alternativ maliyyələşdirmə mexanizmləri barədə informasiya dəstəyi ala biləcəklər. KOB İnkişaf Mərkəzinin peşəkar ekspertləri tərəfindən sahibkarlara biznes planın hazırlanması üçün dəstək göstəriləcək. Mərkəz KOB-ların satış imkanlarının genişləndirilməsinə müvafiq mövzuda təlimlər, fərdi və ya qrup şəklində məsləhət xidmətləri ilə dəstək olacaqdır.

Zaqatala rayonunda Heydər Əliyev Mərkəzində yerləşən KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

KOBİA Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları və öz biznesini qurmaq istəyən şəxsləri KOB İnkişaf Mərkəzinin xidmətlərindən istifadə etməyə dəvət edir.
KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması, bunun üçün ehtiyacları olan təlim və məsləhət xidmətlərinə rahat çıxışın təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Respublikaxeber.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: