Yeni XəbərLər
Koronavirusla bağlı SON STATİSTİKA
20.04
Nazirdən yüksək vəzifəyə TƏYİNAT
20.04
Karantin rejimində dəyişiklik: İctimai nəqliyyat bir həftə işləməyəcək
20.04
GÜNÜN QOROSKOPU: EHTİYYATLI DAVRANIN
19.04
Azərbaycan millisinin daha bir boksçusu dünya birinciliyində qələbə qazanıb
19.04
Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi
15.04
Arxiv
Sorğu
Оцените работу движка
11 Fev 15:20Iqtisadiyyat
Azərbaycanda pensiyaçıların sayı azalacaq (SƏBƏB)

Azərbaycanda üçüncü ildir ki, pensiyaçıların sayında azalma müşahidə edilir. İlkin məlumatlara əsasən 2020-ci ildə pensiyaçıların sayı 1,25 milyon nəfər olub ki, bu da 2019-cu illə müqayisədə 20 min nəfər azdır.
Pensiyaçıların sayı 2017-ci ilin sonunda 1,318 milyon nəfərə yüksəlib. 2018-ci ilin yekununda pensiyaçıların sayı 1,29 milyon nəfərə, 2019-cu ilin sonunda 1,27 milyona, 2020-ci ilin sonunda 1,25 milyon nəfərə qədər azalıb.
Azərbaycanda ən çox pensiyaçı 2005-ci ilin sonunda olub. Həmin tarixdə 1,399 milyon pensiyaçı var idi.
Bəs, pensiyaçıların sayının azalmasına səbəb nədir və bu dinamika hansı dövrə qədər davam edə bilər?
Sfera.az saytına açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, pensiyaçıların sayının azalması pensiyaçıxma yaşının artırılması ilə bağlıdır. Ekspert xatırlatdı ki, hər il pensiya yaşı 6 ay uzadılır. Belə ki, qanunvericiliyə əsasən 2021-ci ilin iyunun 30-na kimi kişilərdə, 2026-cı ilin ikinci yarısına kimi isə qadınlarda hər il pensiya yaşı 6 ay artırılır. R.Ağayevin fikrincə bu dəyişiklik pensiya çıxanların sayına təsir edir və gözləyə bilərik ki, 2027-ci ilə qədər pensiyaçıların sayı azalsın.
Amma pensiyaçıların sayına doğum və gözlənilən ömür uzunluğu göstəricilərinin də təsir etdiyini deyən R.Ağayev pensiya çıxanların sayındakı dəyişikliyi proqnozlaşdırmaq üçün bu amillərin nəzərə alınmasının vacib olduğunu vurğulayıb:
"Hazırda qadınlar 62 yaşında pensiyaya çıxır. Bu yaşda olanlar 1959-cu ildə anadan olan şəxslərdir. 2027-ci ildə 1962-ci ildə doğulan qadınlar pensiya çıxacaq. Ola bilər ki, 1959-cu ildə doğulanların sayı azdır, amma 1962-ci ildə doğulanların sayı çoxdur.
Doğulanların sayındakı artım hesabına pensiyaçıların sayında azalma olmaya bilər. Ona görə də 2027-ci ilə qədər pensiyaçıların sayının azalacağına tam əmin olmaq çətindir”.
Ekspert bildirib ki, Azərbaycanda pensiyaçıların ümumi əhaliyə nisbəti baxımından vəziyyət çox yaxşıdır:
"İnkişaf etmiş ölkələrdə pensiyaçıların sayının əhali sayına nisbəti 20-35 faiz intervalında dəyişir. Həmin ölkələrdə uzunömürlülüyün olması və doğumun aşağı olması pensiyaçıların sayını artırır. Azərbaycanda bu göstərici yaxşıdır. Ölkəmizdə əhalinin 12,5 faizi pensiyaçıdır”.
R.Ağayev hesab edir ki, Azərbaycanda pensiyaçıya düşən işləyənlərin sayı baxımından vəziyyət ağırdır:
"Bizdə rəsmi statistikaya əsasən 1,7 milyona yaxın muzdlu işçi var. Hər pensiyaçıya 1,36 işləyən düşür. Bu, çox pis göstəricidir. İnkişaf etmiş ölkələrdə hər pensiyaçıya 3-4 işləyən düşür. Çünki həmin ölkələrdə leqal məşğulluğun səviyyəsi çox yüksəkdir. Azərbaycanda leqal məşğulluqla bağlı vəziyyət kritikdir, hələ də gizli işləyənlərin sayı çoxdur”.
Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA 09:54Nazirdən yüksək vəzifəyə TƏYİNAT 00:31Karantin rejimində dəyişiklik: İctimai nəqliyyat bir həftə işləməyəcək 00:29GÜNÜN QOROSKOPU: EHTİYYATLI DAVRANIN 00:48Azərbaycan millisinin daha bir boksçusu dünya birinciliyində qələbə qazanıb 00:30Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi 10:26Prezident İlham Əliyev: “Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər, ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq” 00:17Belarus Prezidenti: “Azərbaycanın işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərində birgə müəssisələr yaratmağa hazırıq” 00:15
Istifadəçi Girişi

Populyar Xəbərlər
TƏCİLİ! Daxili İşlər Nazirliyi məlumat YAYDI
Xəzər RİH-in gənc başçısının bundan XƏBƏRİ VARMI? - Şəhid ailəsi bu küçədə yaşayır...
DİN-də yeni TƏYİNAT
LƏNKƏRANIN GİRDƏNİ KƏNDİNDƏN ŞƏHİD QARDAŞI ŞİKAYƏT VİDEO
Nəsimi Rayon, İcra Hakimiyyətinin Məişət Tullantılarının daşınması üçün ayrılmış maşınlar nə daşıyır? kimə və hara xidmət edir?
BİLƏSUVAR RAYONUNDA BİR KƏNDIN ANTİSANİTAR VƏZİYYƏTİ. BƏLƏDİYYƏ HARA BAXIR? YENİLƏNDİ
Prezident İlham Əliyev: “Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər, ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq”
AĞDAŞDA EV UCUZDUR, 120 MANAT (QƏBİR EVİ)
GÖYÇAYDA ƏMƏLİYYAT KEÇİRİLDİ, VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILDI.
QARADAĞIN ZİBİLİ ÇIXDI