Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 Fev 17:03Iqtisadiyyat

Azərbaycanda zərərlə işləyən yeganə bank Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur? - TƏFƏRRÜAT

Azərbaycanda zərərlə işləyən yeganə bank Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur? - TƏFƏRRÜAT

Yola saldığımız 2020-ci ilin sonuncu rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 26 bankdan yalnız 3-ü zərərlə işləyib.
Respublikaxeber.az Banklar Assosasiyasının yaydığı məlumata istinadən bildirir ki, zərər edən banklar “Pakistan Milli Bankı NBP”nin Bakı filialı, “Bank BTB” ASC və “Yelo Bank” ASC olub.
Ötən ilin 4-cü rübündə “Pakistan Milli Bankı NBP”nin Bakı filialı 200 min manat, “Bank BTB” ASC 9,1 milyon manat, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsus olan “Yelo Bank” ASC isə 39,7 milyon manat xalis zərər edib.
Məlumat üçün bildirək ki, zərər edən banklardan yalnız “Bank BTB” ASC-nin əsas səhimdarları Azərbaycan vətəndaşları olub.
“Bank BTB” ASC tərəfindən açıqlanan sonuncu məlumatda qeyd olunur ki, bank səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i (12 min 634 ədəd) Sadiq Rza İsmayıl oğluna, 6%-i (3 min 987 ədəd) isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, uzun illərdir mətbuatda "Bank BTB"nin əsas səhimdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA prezidenti olan Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir. İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Onu da bildirək ki, ötən ilin 4-cü rübündə Azərbaycanda ən çox mənfəət əldə edən bank “Kapital Bank” ASC olub. Bu bankın son 3 aydakı xalis mənfəəti 302,7 milyon manat olub. Xalis mənfəəti ən çox olan bankların ilk 5-liyi aşağıdakı kimi olub:
“Kapital Bank” ASC – 302,7 milyon manat
“Azərbaycan Beynəlxalq Bankı” ASC – 129 milyon manat
“Paşa Bank” ASC – 84,3 milyon manat
“Xalq Bank” ASC – 25,8 milyon manat
“Bank of Baku” ASC – 12,7 milyon manat


Respublikaxeber.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: