Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Yan 17:44Iqtisadiyyat

Maliyyə nazirindən 2021-ci ildə xüsusi diqqət ayrılacaq əsas məsələlər barədə AÇIQLAMA

Maliyyə nazirindən 2021-ci ildə xüsusi diqqət ayrılacaq əsas məsələlər barədə AÇIQLAMA
“Vacib məsələlərdən biri Azərbaycan ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsinin təmin olunmasıdır. Bu vəzifələrin həyata keçirilməsi üçün də dövlət büdcəsində müvafiq vəsaitlər nəzərdə tutulub”.

Bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə 4,6 milyard manat maliyyə təminatı yaradılıb. Bununla əlaqədar nəzərə alınmamış digər tədbirlərin həyata keçirilməsi üçün müəyyən ehtiyat vəsaitlər də nəzərdə tutulub:

“Onu da bildirmək istərdim ki, bu vəsaitlərin ayrılması ilə yanaşı, dövlət büdcəsi ilə ölkəmizin ənənəvi dövlət vəzifələrinin, nəzərdə tutulmuş bütün sosial proqramların həyata keçirilməsi və bir sıra təşəbbüslərin icra olunması da nəzərdə tutulub.

O cümlədən, Sizin tapşırığınız əsasında təhsil kreditlərinin verilməsi üzrə xüsusi bir mexanizmin hazırlanması üçün müəyyən maliyyə təminatı nəzərdə tutulur ki, müvafiq qərar qəbul edildikdən sonra bu mexanizm işə salına bilər”.

Nazir bildirib ki, 2020-ci il ölkə iqtisadiyyatı üçün sosial-iqtisadi cəhətdən kifayət qədər mürəkkəb bir il olub və bu da bütün dünyada baş vermiş proseslərdən irəli gələn məsələdir:

“Çünki ölkəmiz xarici mənşəli şoklara məruz qalıb. Bu, əsasən, qlobal koronavirus pandemiyası və onun ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlardır. Həmin mənfi təsirlərin azaldılması üçün ötən il xüsusi olaraq vəsaitlər ayrılıb.

2021-ci ildə də ayrılmış həmin vəsaitlər, eyni zamanda, dövlət büdcəsindən, əlavə olaraq müəyyən dövlət fondlarından, digər büdcədənkənar imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin səfərbər edilməsi proqramı həyata keçirilib. Həmin proqramın 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub.

O cümlədən, sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması üçün vəsaitlər nəzərdə tutulub.

Bununla yanaşı, ənənəvi olaraq ipoteka proqramlarının həyata keçirilməsi üçün də dövlət büdcəsində vəsaitlər nəzərdə tutulub. Bu vəsaitlər, eyni zamanda, Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərini də əhatə edəcək. Bu məqsədlər üçün növbəti ilin büdcəsindən 152 milyon manat vəsait nəzərdə tutulub”.

Respublikaxəbər.az
Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: