Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

26 Okt 08:44Iqtisadiyyat

Vətəndaş fəlakətlə inamsızlıq arasında – Sığortalanmaq, yoxsa...

Vətəndaş fəlakətlə inamsızlıq arasında – Sığortalanmaq, yoxsa...

Məhsulu məhv olan fermerlər məlumatsızlıq və etibarsızlığı əsas gətirirlər, rəsmi mövqe isə fərqlidir.

23 sentyabr 2021-ci ildə Respublikanın şimal-qərb bölgəsində başlayan şiddətli yağışlar və bir sıra dağ çaylarında suyun səviyyəsinin artması nəticəsində qısamüddətli sel və daşqınlar müşahidə edildi, Balakən və Zaqatala bölgələrinin bir neçə yaşayış məntəqəsində bəzi fərdi evləri, əkinləri, digər obyektləri su basdı.

Fövqəladə Hallar Nazirliyinin (FHN) bu barədə məlumatının yayılmasından sonra müxtəlif ekspertlər Zaqatala və Balakən bölgələrinin fermerlərinin məhsullarını əvvəlcədən sığortalamalı olduqlarını bəyan etməyə başladılar.

Və AYNA Zaqatala və Balakən rayonlarının fermerlərinin məhsullarını niyə sığortalamadıqlarını öyrənməyə çalışdı.

Balakən rayon Kortala kənd bələdiyyəsinin sədri Üzeyir Şirinovun dediyinə görə, fermerlərin kənddə yığmağa vaxt tapmadıqları fındıq məhsulunun hamısı məhv olub: “Çox sayda arı pətəyi də məhv oldu”.

Sədr kəndin fermerlərindən heç birinin əkin sahəsini sığortalamadığını deydi: “Keçən il fermerləri məhsullarını sığortalamağa çağırdıq. Amma bizi dinləmədilə”.

Kortala kəndində yaşayan fermer Camal Umrayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, bütün fındıq məhsulu məhv olub: “Sığorta pulunu ala biləcəyimə ümid etmədiyim üçün məhsulumu sığortalamadım”.

Zaqatala rayonu Bəhmənli kənd bələdiyyəsinin sədri Həsrət Musayev də bənzər fikir səsləndirdi ki, fermerlər məhsullarının sığortalanmasına etibar etmirlər: “Kəndimizdə heç kim məhsulunu sığortalamayıb”.

Respublikaxeber.az xəbər verir ki, İqtisadçı ekspert Azər Mehdiyev AYNA-ya şərhində qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları dövlət tərəfindən sığortalanır: “Bitkilərin sığortalanması haqqında qanunun bir neçə ildir qəbul edilməsinə baxmayaraq, yalnız keçən ildən tətbiq olunur. Fermerlər bu qanunun tətbiq mexanizmlərindən xəbərsizdir və buna görə də məhsullarını sığortalamağa tələsmirlər”.

Xatırlatmaq istərdik ki, Aqrar Sığorta Fondu Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərir. Bəs, doğrudanmı fermerlərin məhsul sığortası ilə bağlı məlumatları yoxdur? Bu vəziyyətin səbəbi nədir?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovdan öyrəndiyimizə görə, fermerlərin məhsul sığortası haqqında kifayət qədər məlumatı var: “Onlar nazirliyimiz tərəfindən yaradılan regional kənd təsərrüfatı mərkəzlərində bu sığorta növünün təfərrüat ilə tanış ola bilərlər. Fermerlər sadəcə sığorta haqqı ödəmək istəmirlər. Məhsulları məhv olduqda isə, guya bu sığorta növü haqqında kifayət qədər məlumatlara malik olmadıqlarını bəyan etməyə başlayırlar. Sığorta var və işləyir. Sadəcə, daha sonra sınıq təknə qarşısında qalmamaq üçün sığorta haqqı ödəmək lazımdır”. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: