Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

15 Okt 17:24Iqtisadiyyat

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının rus dili versiyası fəaliyyətə başladı

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının rus dili versiyası fəaliyyətə başladı

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi “Telegram” platformasında fəaliyyətini daha da genişləndirir.

Respublikaxeber.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, qurumun “Telegram” platformasında “Azərbaycan iqtisadiyyatı” adlı kanalı mövcuddur və burada iqtisadiyyatla bağlı aktual xəbərlər paylaşılır.

İndi isə həmin kanalın rus dilində “Экономика Азербайджана” versiyası fəaliyyətə başlayıb.

Azərbaycan dilində yayımlanan “Azərbaycan iqtisadiyyatı” kanalında olduğu kimi, burada da İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, eləcə də region və dünya iqtisadiyyatını əhatə edən əsas mövzular işıqlandırılacaq.

“Экономика Азербайджана” kanalına abunə olmaq üçün mobil telefonlarda “Telegram” tətbiqindən və ya kompüterlərdə həmin platformanın veb-versiyasından istifadə etmək lazımdır. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: