Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 May 13:31Iqtisadiyyat

Azərbaycanda dollar bahalaşacaq? - Ekspert ŞƏRHİ

Xəbər verdiyimiz kimi, İranda və Türkiyədə dollar bahalaşıb. Qonşu ölkələrdə xarici valyutanın bahalaşması Azərbaycanda da dolların qiymətinə təsir göstərəcəkmi?

Sonxeber.az istinadən Respublikaxebere verdiyi məlumata görə, bununla bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda dolların bahalaşması gözlənilmir:

"Təbii ki, Azərbaycan üçün əhəmiyyəli olan qonşu ölkələrdə dolların bahalaşması ölkəmizdəki valyuta bazarlarına öz təsirini göstərir. Həm leqal, həm də illeqal yollarla həmin ölkələrə valyuta axını müşahidə oluna bilər. Xüsusilə illeqal yollarla valyuta axını ən təhlükəli məsələlərdən biridir. Bu gün bizdə şəffaf nəzarət sisteminin olmaması, hansısa formada məmurların bu prosesdə iştirakı illeqal yollarla ölkədən iri həcmli valyutanın ölkədən çıxarılmasına şərait yaradır. Amma nəzərə almalıyıq ki, hökumət sabit məzənnə siyasətini davam etdirməkdə qərarlıdır. Hökumət mümkün qədər rəsmi və qeyri-rəsmi yollarla ölkədən valyuta axının qarşısını alacaq. Sosial nəticələrin ağırlığını nəzərə alaraq dövlət neftin qiymətində kəskin dəyişim olmasa bu il ərzində mövcud məzənnəni qoruyub saxlayacaq. Ancaq qonşu ölkələrdə xarici valyutanın bahalaşmasının Azərbaycan bazarına həm psixoloji, həm də real təsirləri mümkündür". dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: