Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 Sen 16:14Iqtisadiyyat

Baş Nazirdən xüsusi ehtiyat fondları ilə bağlı QƏRAR

Baş Nazirdən xüsusi ehtiyat fondları ilə bağlı QƏRAR

“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiq edilib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalar maliyyə ilinin nəticələrinin təsiri, bankların maliyyə vəziyyəti və dayanılıqlığı nəzərə alınmaqla, eləcə də fiskal siyasət məqsədləri üçün zəruri olan müddəalar nəzərə alınaraq hazırlanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Nazirlər Kabinetinə üç ay müddətində, xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını təsdiq etmək tapşırılmışdır. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: