Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

25 Avq 12:38Iqtisadiyyat

Xalq Sığorta, yoxsa Xalqı aldadan sığorta?

Xalq Sığorta, yoxsa Xalqı aldadan sığorta?

Respublikaxəbər.az redaksiyanın qaynarxəttinə daxil olmuş müraciət əsasında aidiyyatı qurumlara məlumat məktubu ünvanlayıb
Məlumat məktubunu təqdim edirik.
Azərbaycan Respublikasının Maliyyə
Naziri cənab Samir Şərifova:
Surəti:. Xalq Sığorta MMC-yə
Surəti:. Sabirabad rayon, Bulaqlı kənd sakini
Məmmədov Sürxay Məmməd oğluna:

Hörmətli, cənab Nazir,
Hörmətli rəhbər,

Məlumat üçün bildirirəm ki, redaksiyamızın qaynarxətt nömrəsinə "vhatsapp" sosial şəbəkə vasitəsi ilə Sabirabad rayon, Bulaqlı kənd sakini Məmmədov Sürxay Məmməd oğlu müraciət etmişdir.
Vətəndaş, müraciətində, "23 iyul 2021" -ci il tarixdə Sabirabad rayon, Bulaqlı kəndi ərazisində maqistral yoldan xeyli aralı məsafədə özünəməxsus VAZ 2106 markalı, 10 BF 785 DQN-nişanlı avtomobilini saxlayaraq kafedə çay içdiyi zaman onun avtomobilinə Hyunday Acsent markalı 99 MX 871 DQN nişanlı avtomobilin çırpıldığını və bu səbəbdən də onun avtomobilinə xeyli miqdarda maddi ziyan dəydiyini, həmin ziyanın da Sığorta şirkəti tərəfindən müxtəlif bəhanələr uydurularaq ödənilməsindən boyun qaçırıldığını bildirmişdir.
Vətəndaşın müraciəti əsasında tam, obyektiv, qərəzsiz və hər tərəfli araşdırma aparılaraq dəymiş ziyanın ödənilməsi ilə bağlı köməklik göstərməyiniz, nəticəsi barədə müraciət müəllifinə və eləcə də redaksiyamıza məlumat verməyinizi Sizdən xahiş edirik.
Vətəndaş, müraciətindən əlavə də onu qeyd edib ki, artıq hadisənin baş vermə vaxtından iki ay müddət keçməsinə baxmayaraq, hələ də bizə dəymiş ziyan ödənilməyib, hətta zəng də edirik, zəngimizə cavab vermirlər. Biz də hələlik aidiyyatı üzrə özlərinə məlumat vermişik. Tədbir görülmədiyi təqdirdə, vətəndaşın müraciətinə əsasən Baş Prokurorluğa məlumat verəcəyik. Düşünürəm ki, Baş Prokurorluğa məlumat daxil olarsa, hər bir məsələ hüquqi müstəvidə həllini tapacaqdır.
Qarşı tərəfi dinləməyə hazırıq!

Hörmətlə; Təsisçi, baş direktor:Elyaz Gülüyev dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: