Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 İyl 10:57Iqtisadiyyat

BVF dünya iqtisadiyyatının bərpasını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun delta növünün yayılmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının "sürətli bərpasını" proqnozlaşdırmağa davam edir

Respublikaxeber.az-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonun Peterson Universitetində çıxışı zamanı BVF-nin direktoru Kristalina Georqiyeva deyib.

K.Georqiyeva bildirib: "Əlbətdə ki, yeni delta ştammının bizə bir qədər narahatlıq yaradmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırıq".

Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə qaldı - 6 faiz: "Apreldə 6 faiz idi, iyulda da 6 faiz səviyyəsində qaldı. Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq". dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: