Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

12 Apr 01:16Idman

Qurban Qurbanov: Hər oyuna köklənmək həm futbolçular, həm də mənim üçün vacibdir

Qurban Qurbanov: Hər oyuna köklənmək həm futbolçular, həm də mənim üçün vacibdir
Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik komandaya qarşı oynadıq.

Respublikaxəbər.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçinin sözlərinə görə, "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub etdikləri oyundakı start heyəti yadında deyil: "Bu gün tam hazır olan futbolçular meydanda idilər. Fərqli dəyişikliklər etmişdik. Hücum xətti çox güc sərf etdi. Ona görə Ovusu, Ozobiç və Zubiri tez əvəzlədik".

Q.Qurbanov bugünkü matçda hakim tərəfdən təzyiq hiss olunmadığını vurğulayıb: "Amma bəzi matçlarda 4-cü hakimlər bizə öz etirazlarını bildiriblər. Bizim sırada səs-küyün çox olmasını xoşlamıram. Amma hərdən belə hallar da olur. Bu da futbolun gözəlliklərindən biridir".

Təcrübəli mütəxəssis bildirib ki, turnirlərdə qalib gəlmək istəyirlərsə, çətinlikləri göz önünə gətirməlidirlər: "Ümid edirəm ki, zədəlilər tez zamanda sağalar. Çempionat və kuboku qazanmaq fərqli prestijdir. Hər oyuna köklənmək həm futbolçular, həm də mənim üçün vacibdir. Çalışırıq ki, oyunçular çox yüklənməsinlər".

Baş məşqçi ilk növbədə öz oyunlarını düşündüklərini söyləyib: "Bəlkə də üzərimizdə təzyiq hiss olunur. Amma əsas fikrimiz oynayacağımız rəqibdə olur".

Zədələrini yenicə sağaltmış Qara Qarayev və Mahir Emrelinin durumuna toxunan 49 yaşlı mütəxəssis hər ikisinin fərdi məşq etdiyini bildirib: "Sadəcə, Qara Qarayev məşqin bəzi hissəsində komanda ilə birlikdə olub. Bu gün meydana buraxmaq olardı. Amma həkimlər məsləhət görmədilər. Mahirin də durumu pis deyil. Sabahdan komanda ilə hazırlığa başlaya bilərlər. Xayme Romeronun mikrozədəsi olduğundan onun da meydana çıxmasında risk var idi. Nə dərəcədə hazır olacaqları qarşıdakı günlərdə bilinəcək".

Respublikaxəbər.az 0518310101 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: