Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Yan 19:49Idman

“Neftçi”nin veteranı Moskvada qəfil dünyasını dəyişib

“Neftçi”nin veteranı Moskvada qəfil dünyasını dəyişib“Neftçi”nin veteran futbolçusu, hücumçusu Rafiq Əlizadə Rusiyanın paytaxtı Moskvada qəfil dünyasını dəyişib.

Bu barədə “Neftçi” klubu az öncə Facebook hesabında paylaşım edib.

1949-cü il fevralın 19-da Bakıda doğulmuş R.Əlizadə “Neftçi”yə 1967-ci ildə gəlib. 18 yaşlı gənc futbolçu 1967-ci il may ayının 19-da “Neftçi” komandasının heyətində SSRİ Kuboku uğrunda yarışmanın 1/16 final matçında Çelyabinskinin “Lokomotiv” komandasına qarşı oyunda meydana çıxıb və bir neçə dəqiqədən sonra ilk qolunu vurub.

SSRİ çempionatında doğma “Neftçi” komandasının tərkibində 1969-1972, 1977-1982-ci illərdə 143 oyuna çıxıb, 5 qol vurub. O, ümumilikdə futbol karyerasında 15 mövsümə 211 oyun keçirib və hesabına 13 qol yazdırıb.

1973-c ildə Tiraspolun “Zvezda”, 1975-ci ildə Odessanın “Çernomorets” komandalarında oynayıb. 1976-cı ildə yenidən “Neftçi”yə qayıdıb. Elə həmin il komandanın güclülər dəstəsinə vəsiqə qazanmasına yardım edib.

Futbol karyerasını 1989-cü ildə bitirən Rafiq Əlizadə sonradan məşqçi, texniki direktor kimi meydanlara qayıdıb. Uzun müddət Moskvada “Dina” komandasının idman direktoru işləyib.

Rafiq Əlizadə SSRİ idman ustası və Rusiyanın Əməkdar məşqçisi olub.

Respublikaxəbər.az
Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: