Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 Okt 17:15Idman

“Qəbələ” azarkeşlərinə görə 4 min manat CƏRİMƏLƏNDİ

“Qəbələ” azarkeşlərinə görə 4 min manat CƏRİMƏLƏNDİ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ”nin azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunub. Matç bitdikdən sonra “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

“Sabah” – “Qarabağ” matçında “Sabah”ın futbolçusu Xulio Sezar Rodriqes “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: