Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

17 May 15:04Idman

"Arsenal" erməni futbolçusunu Bakıya gətirməyəcək

İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

unikal.org-a istinadən Respublikaxeber.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Mənbənin məlumatına görə, "topçular" mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu "təhlükəsizlik" səbəbindən Londonda saxlayacaqlar. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: