Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

29 Sen 08:45Idman

Futbol üzrə Dünya Çempionu vəfat etdi - FOTO

Futbol üzrə Dünya Çempionu vəfat etdi - FOTO

İngiltərənin keçmiş futbolçusu və dünya çempionu Rocer Hant 84 yaşında vəfat edib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, futbolçunun ölüm səbəbləri barədə məlumat verilməyib. 2006-cı ildə Hant İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilib.

Keçmiş idmançı 11 il oynadığı “Liverpul” azarkeşləri arasında çox məşhur olub. İngilis futbolçunun cəngavər tituluna malik olmamasına baxmayaraq, mersisaydlı pərəstişkarlar onu “Sir Rocer Hant” adlandırırdı.

Hant 1962-1969 -cu illərdə İngiltərə millisində 34 oyuna çıxıb. Komandada onun hesabında 18 qol var. 1966-cı ildə o, futbol üzrə dünya çempionu oldu.

“Liverpul”dakı 11 il ərzində Hant 492 oyun keçirib və 285 qol vurub. Onun İngiltərə çempionatında iki, kubokda bir qələbəsi var. 1972-ci ildə komandadan ayrıldıqdan sonra o, “Bolton Uoderers”ə keçib.
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: