Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 Avq 16:28Hava

Sabaha gözlənilən hava şəraiti açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlandı


Avqustun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23 dərəcə isti təşkil edəcək.

24 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 11-15 dərəcə isti olacaq.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: