Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 İyn 12:28Hadise

FHN-nin vəzifə borcudur? Yoxsa Şəki Şəhər İcra Hakimiyyətinin?-VİDEO

FHN-nin vəzifə borcudur? Yoxsa Şəki Şəhər İcra Hakimiyyətinin?-VİDEO
Redaksiyamıza daxil olmuş məlumat əsasında Şəki Şəhəri, Ə.Haqverdiyev küçəsi 5 saylı ünvanda baş vermiş yanğın hadisəsi nəticəsində ümumilikdə 11 nəfərdən ibarət olan iki ailənin üzvləri çöldə qaldıqlarının və ən azından Şəki Şəhər İcra Hakimiyyətinin imkanları daxilində etdikləri köməklik sayəsində üstlərinə günəşin düşməməsi, Lakin yağış damçıları altında qalmaları faktının şahidi olduq. Bu məsələ ilə bağlı həm zərəçəkmiş, həm də dəyərli qonşuların müraciətlərini dinlədik. Zərərçəkmişlər və qonşular müraciətlərində ilk öncə Dövlət rəhbəri Hörmətli İlham Əliyevdən və I-ci vitse-prezident Mehriban xanım Əliyevadan və eləcə də Şəki Şəhər İcra Hakimiyyətinin başçısından razılıq bildirdilər. Əlavə olaraq da Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən edilmiş yardım onları qane etmədiklərini bildirdilər,

Belə ki, zərərçəkmişlərin qeyd etdiklərinə görə 2019-cu ilin mart ayının 13-ü-14-nə keçən gecə Şəki Şəhəri Ə.Haqverdiyev küçəsi 5 saylı ünvanda ümumilikdə 11 nəfərdən ibarət olan, iki ailənin üzvləri yaşadıqları mənzildə elektrik naqillərinin birləşməsi nəticəsində yanğın baş verərək mənzilləri və içərisindəki əşyaları külə döndərmişdir. Baş vermiş Yanğın Hadisəsi nəticəsində mənzil sahiblərinə küllü miqdarda təxminən 54.000.00 (əlli dötd min) manat maddi ziyan dəymişdir. Əlavə olaraq da bildirdilər ki, həmin vaxt iki nəfər yanğın zamanı bədən xəsarətləri alsalar da FHN-nin əməkdaşları yanğından xəsarət alma faktını gizlətmələrini tövsiyə edərək müxtəlif yalan vədlər veriblər ki, biz qalan məsələlərdə Sizə maddi və mənəvi dəstək duracağıq. Lakin iş-işdən keçəndən sonra köməklik göstərməkdən imtina ediblər.
Hadisə və hadisədən sonrakı vəziyyət ilə bağlı daha təfərrüatı ilə video müsahibədə zərərçəkmişlər və onların dəyərli, xeyirxah qonşuları məlumat veriblər. Zərərçəkmişlərin müraciətinə əsasən üzərimizə düşən vəzifə borcumuz olaraq aidiyyatı qurumlara məlumat verəcəyik. nəticəsini aidiyyatı qurumlara ünvanladığımız məlumat məktubuna qarşı daxil olmuş cavab məktublarından sonra izləyə bilərsiniz.
Sizlərə tövsiyəmiz budur ki, təhlükədən və təhlükəli hallardan uzaq olun. Əsas məsələ bir bağı dağ olmadan bağ etməkdir!
Mənziliniz yanmamışdan əvvəl tədbir görməlisiniz ki, bu gün də pis vəziyyətdə qalmayasınız. Nə özünüz narahat olasınız, nə də dövlət qurumlarını naraht etməyəsiniz.

dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: