Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 Apr 12:32Hadise

Xəzər RPİ-nin 2-ci PB-nin sahə inspektoru vətəndaşı aldadaraq 50 manat pulunu ələ keçirtdi.

Zərərçəkmişdən alınan 50 manat pul____________
Rüşvətdir?Hörmətdir? yoxsa Rüsum?
Şəki rayon, Baş Göynük kəndində anadan olmuş, Xəzər rayonu, Albalılar Massivində yaşayan İsmayılov Zülfüqar Səməd oğlu Respublikaxəbər.az İnformasiya-Xəbər portalına 05.04.2019-cu il tarixdə müraciət edərək Xəzər RPİ-nin 2-ci PB-nin sahə inspektoru Rəsul adlı polis əməkdaşı tərəfindən aldadılaraq 50 manat pulunun ələ keçirildiyini qeyd edib. “Zərəçəkmiş” şəxs Müraciəti ilə bağlı araşdırma aparmaqla həqiqətə uyğun olduğu təqdirdə Respublikaxəbər.az İnformasiya-Xəbər portalında ictimailəşdirilməsini və ictimailəşdirilməklə bağlı da Hüquq Mühafizə orqanlarının məlumatlandırılmasını xahiş etmişdir.
Belə ki, “Zərərçəkmiş” İsmayıllov Zülfüqar Səməd oğlu müraciətində başına gələnləri belə ifadə edir ki, 29.noyabr 2018-ciil tarixdə təxminən saat 19:30 radələrində işdən çıxaraq Xəzər rayonu, Albalılar Massivində yerləşən mənzilinə gələrkən mənzilin daxilindəki və ətrafındakı dağınıq vəziyyətdən mənzildə oğurluq hadisəsinin baş verdiyini anlamışdır. Dərhal işlədiyi mağazanın müdürünə məxsus olan 17500 (on yeddi min beş yüz) manat pulu mənzilin müəyyən yerində gizlətdiyinə görə həmin yerə baxmış, pulun oğurlandığını görmüş, əlavə axtarış etdiyi zaman özünə məxsus 2 ədəd də mobil telefonun da oğurlandığını görmüşdür. “Zərərçəkmiş” DİN-in 102 saylı qaynar xətt xidmətinə zəng edərək cinayət hadisəsi barədə məlumat vermişdir. 102 məlumatından sonra mülki və xidməti formada olmaqla bir neçə nəfər Xəzər RPİ-nin 2-ci PB-nin əməkdaşları gəlmiş, zərəçəkmiş şəxsə hadisə ilə bağlı şifahi dindirməklə bir neçə sual vermişdirlər. Sual-cavab zamanı sahə inspektoru Rəsul adlı polis əməkdaşı zərərçəkmişi kənara dəvət edərək gələn əməkdaşlardan birinin kriminalist ekspert olduğunu və həmin ekspertə 100 manat rüsum ödədiyi təqdirdə cinayət hadisəsinin isti izlərlə qısa müddət ərzində açılacağını bildirmişdir. Həmin vaxt zərərçəkmiş İsmayılov Zülfüqar Səməd oğlu üzərində 100 manat pulunun olmadığını və cəmi 50 manat pulunun olduğunu və həmin 50 manatı verə biləcəyini demişdir. Sahə inspektoru Rəsul adlı polis əməkdaşı “ CƏHƏNNƏM” “EYBİ YOX” onu da olsa ver görüm eksperti necə razı sala bilirəm? deyərək 50 manat pulu almışdır.
Lakin vətəndaşın bildirdiyinə görə 29 noyabr 2018-ci il tarixdən bu günə qədər mənzilindən oğurluq edilməklə baş vermiş cinayət hadisəsi ilə heç bir nəticə yoxdur. Hadisə ilə bağlı araşdırma Xəzər RPİ-nin müstəntiqi Kamran Zülfüqarovun icraaatındadır. Elə buna görə də “Zərəçəkmiş” şəxs ona cinayət hadisəsi ilə bağlı küllü miqdarda ziyanın dəyilməsinə baxmayaraq, sahə inspektoru Rəsul adlı polis əməkdaşı tərəfindən aldadılması onu daha da qəzəbləndirib. “Zərərçəkmiş” İsmayılov Zülfüqar Səməd oğlu həm cinayətin üstünün bu günə qədər açılmaması və onu aldadaraq 50 manatını ələ keçirən Rəsul adlı polis əməkdaşının qanunsuz hərəkətləri barədə aidiyyatı qurumlara müraciət ərizəsi ünvanlamış, müraciət ərizəsinə əsasən “Zərərçəkmişi” Xəzər rayon prokurorluğundan dəvət edərək ifadəsi alınmışdır. “Zərəçəkmiş” İsmayılov Zülfüqar Səməd oğlu Xəzər rayon prokurorluğunda verdiyi ifadəsində bir daha Rəsul adlı polis əməkdaşının qanunsuz hərəkətlərindən şikayətçi olduğunu və onun barəsində ciddi tədbir görülməsini xahiş etmişdir.
“”Zərərçəkmiş” İsmayılov Zülfüqar Səməd oğlunun Respublikaxəbər.az İnformasiya-Xəbər portalına 05.04.2019-cu il tarixdə müraciətinə əsasən qarşı tərəf olan hörmətli sahə inspektoru Rəsul adlı polis əməkdaşı ilə əlaqə saxlasaq da O, bizə tam cavab verməyərək məsələ ilə bağlı nəticəni Xəzər rayon prokuroluğundan öyrənməyimizi xahiş etdi.
Qeyd edərək bildiririk ki, vətəndaşın müraciətinə əsasən məsələnin daha obyektiv, qərəzsiz, doğru-dürüst araşdırılması üçün tərəfimizdən Hüquq-Mühafizə orqanlarına məlumat veriləcəkdir. Hüquq-Mühafizə orqanlarının araşdırmasından sonra izləyicilərimizə məlumat verəcəyik. dle
Dans les ann?es 1980, le moncler pas cher a ?t? personnalis? pour l'?quipe de l'exp?dition scientifique en Antarctique et le moncler pas cher a ?t? personnalis? pour la Garde nationale de s?curit? canadienne, les gardes forestiers et les responsables des relev?s environnementaux, afin qu'ils puissent encore effectuer des taches dans l'hiver froid et dans la neige.doudoune moncler pas cher

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: