Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

26 Okt 18:45Hadise

"İcra başçısı hər dəfə aradan çıxır..." - Kirayə pulunu ödəyə bilməyən şəhid anası İNTİHARA CƏHD ETDİ

"İcra başçısı hər dəfə aradan çıxır..." - Kirayə pulunu ödəyə bilməyən şəhid anası İNTİHARA CƏHD ETDİ

44 günlük Ikinci Qarabağ müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün, oktyabrın 26-da dərman içərək intihara cəhd edib.

Respublikaxeber.az xəbər verir ki, bu barədə “Turan”a V.Məmmədovanın yaxınları bildiriblər.

Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanada yatır, durumu çox ağırdır.

Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Azər Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir.

“Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib.Qızım bezdi, adamı nə qədər aldadarlar? Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyir. Dərdimizi kimə deyək?” deyə şəhidin nənəsi bildirib. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: