Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

16 Okt 20:43Hadise

SON DƏQİQƏ: Bakıda məşhur ticarət mərkəzi yanır – YENİLƏNİB+FOTO/ VİDEO

SON DƏQİQƏ: Bakıda məşhur ticarət mərkəzi yanır – YENİLƏNİB+FOTO/ VİDEO
Bakının mərkəzində ticarət mərkəzində baş verən yanğınla əlaqədar bir neçə marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Yanğın səbəbindən tətbiq edilən məhdudiyyətlə əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur”.

09:30

Metronun “Nərimanov” stansiyasının yaxınlığında baş verən yanğın davam edir. Yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir”, – deyə məlumatda qeyd edilib.
09:13

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

Respublikaxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metro City” ticarət mərkəzində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
SON DƏQİQƏ: Bakıda məşhur ticarət mərkəzi yanır – YENİLƏNİB+FOTO/ VİDEO

dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: