Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

18 İyn 08:57Hadise

ŞƏKİNİN BAŞ ŞABALID KƏNDİNDƏ EVİ İLDIRIM VURDU

Respublikaxəbər.az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, bu gün səhər saatlarında yəni, 18 iyun 2020-ci il tarixdə təxminən saat 04:00 radələrində başlayan leysan, nəticədə bir fərdi yaşayış evinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Şəki rayonunun Baş Şabalıd kəndində yaşayan kənd sakini Zəkəryəyev Hikmət Məmmədiyə oğlu məlumat verərkən bildirmişdir ki, ona məxsus fərdi yaşayış evini ildırım vurmuşdur. İldırım vurma nəticəsində həmin mənzilə və mənzil sahiblərinə (elektrik naqillərini və sayağacını sıradan çıxarıb, məişət əşyalarını yarasız hala salıb. ) xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Mənzil sahibi dərhal Fövqaladə Hallar Nazirliyinin qaynarxətt nömrəsi olan 112 saylı nömrəyə zəng edərək məlumat vermiş, daha sonra aidiyyatı orqanları məlumatlandırmışdır. Hazırda araşdırma davam etdirilir. Onu da qeyd edək ki, həmin saatdan etibarən yağan leysan nəticəsində kəndin bir neçə saatlıq elektrik (işıq) təminatı dayandırılmışdır. daxil olan məlumat əsasında Şək Şəhər İcra Hakimiyyət yanında Baş Göynük-Baş Şabalıd kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra nümayəndəsi Rza Calalovla və Baş Göynük Bələdiyyə sədri ilə əlaqə saxlayaraq məlumat verdik. Onlar da bizdən aldıqları məlumatdan dərhal hadisə yerinə özlərini çatdırmışdırlar. Burda deyirlər, uzaq qardaşdansa yaxın qonşu yaxşıdır. Sağolsunlar kənd rəhbərlikləri ki, dərhal sakini tək qoymamaq məqsədi ilə hadisə yerinə özlərini çatdırıblar. Biz də öz adımızdan kənd rəhbərliklərinə minnətdarlığımızı bildiririk.
Nəticəsi barədə tam ətraflı rəhbərliklərdən aldığımız məlumatı Siz izləyicilərimizə məlumat verəcəyik.
https://www.gununsesiaz.info/wp-content/uploads/2016/09/evildirim11-300x200.jpg

Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: