Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

08 Sen 16:17Hadise

Həbsdə ölən keçmiş icra başçısının oğlundan AÇIQLAMA

Həbsdə ölən keçmiş icra başçısının oğlundan AÇIQLAMA

Xəbər verdiyimiz ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada vəfat edib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, sabiq başçının oğlu Ramin Quliyev Modern.az-a açıqlamasında atasının COVID-19-dan dünyasını dəyişdiyini deyib.

Danışmaqda çətinlik çəkən R.Quliyev deyib ki, atası sabah Goranboyun Tapqaraqoyunlu kəndində dəfn olunacaq:

“Mövcud vəziyyətlə əlaqədar dəfndə yalnız yaxınlar iştirak edəcək”.

Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

19 dekabr 2019-cu il tarixində DTX tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər cinayətlərdə təqsirləndirilib. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: