Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

19 Apr 14:32Hadise

Gecə yarısı bacısının ərini başqa qadınla yataqda yaxaladı və... Azərbaycanda cinayət

Tovuz rayonunda yeznəsini öldürməyə cəhddə ittiham olunan Vüqar Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Ölkə.Az istinadən Respublikaxebere xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə hakim Xəqani Səmədovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 14-nə təyin olunub.

İttihama görə, hadisə ötən il oktyabrın 4-də Tovuz rayonun Qovlar qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində Elbrus Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı hadisəni Elbrus Ələkbərovun qaynı Vüqar Ələkbərovun törətdiyi məlum olub.

Oktyabrın 4-də, gecə saat 1 radələrində Vüqar Ələkbərov Elbrus Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb.
Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb.

Münaqişə nəticəsində Vüqar Ələkbərov özü ilə gətirdiyi benzini Elbrus Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.
Elbrus Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

İstintaq orqanı tərəfindən Vüqar Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. dle
Yazılanlardan belə qənaətə gəldim ki, Vüqar Ələkbərov böyük xətaya yol verib. O, məsələni qanunvericiliyə uyğun olaraq da həll edə bilərdi.
Qaş düzəltdiyi yerdə vurub gözü də çıxartdı. Nəticədə qarşı tərəfin gözü yox, Vüqar Ələkbərovun özü bəlaya düşdü. Səbrli olmaq və Qanunla hərəkət etmək daha məsləhətdir

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: