Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

05 Avq 10:12Dunya

Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar

Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar


Kanadada 75 milyon il əvvəl yaşayan dinozavrın osteosarkoma xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkdiyi məlum olub.

Gazeta.ruya istinadən Respublikaxəbər.az xəbər verir ki, Ontario Kral Muzeyinin mütəxəssisləri tərəfindən aparılan tədqiqat “The Lancet” jurnalında dərc edilib.

Tədqiqatçılar 30 il əvvəl Kanadanın Alberta əyalətində tapdıqları dinozavrın baldır sümüyünün formasını itirməsini müşahidə ediblər. Lakin o zaman alimlər bu məqama diqqət etməyiblər.


Lakin buyaxınlarda alimlər yenidən sümüyün deformasiya uğramasının səbəblərini tapmaq üçün araşdırmaya başlayıblar.

Tədqiqatçılar araşdırmanı aparmaq məqsədi ilə həkim-osteopat və onkoloq dəvət ediblər.

Sümükdən götürülən nümunələri mikroskop altında araşdırılıb, kompüter tomoqrafiyası və sümük biopsiyası həyata keçirilib.

Nəticədə dinozavra osteosarkoma (sümük xərçəngi) diaqnozu qoyulub.

Şişin ölçüsünü nəzərə alınaraq, onun dinozavrın hərəkətinə ciddi şəkildə maneə törətdiyi ehtimal edilir. Bundan əlavə, metastaz digər orqanlara da zərbə vurub və dinozavrın tələf olması ilə nəticələnib.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: