Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Sen 17:49Dunya

"Paşinyan bir də Qarabağı görməyəcək" - AÇIQLAMA

"Paşinyan bir də Qarabağı görməyəcək" - AÇIQLAMA

44 günlük Vətən müharibəsindən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsinə səfərləri intensiv xarakter almışdı.

Paşinyanın Xankəndiyə və Şuşaya hər səfəri Azərbaycan cəmiyyətində böyük ajiotaj yaradırdı. Ermənistanın hökumət başçısının dövlət adamına yaraşmayan davranışları ikrahla qarşılandı, uzun müddət sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Maraqlıdır, Paşinyan indi niyə Qarabağa gəlmir?

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas yenisabah-a açıqlamasında Paşinyanın bir də Qarabağı görməyəcəyini deyib:

“Azərbaycan torpağına onun gəlməyə ixtiyarı yoxdur. O, ölkənin Baş naziridir. Hansı ölkənin başçısı icazəsiz başqasının torpağına gələ bilər? Ağlı başında olan məcburdur. Bu həm Azərbaycanın təzyiqi, həm də Ermənistanın özünün daxili əminliyi ilə bağlıdır ki, getmək təhlükəlidir.Məğlubiyyətə uğradıqlarına görə, artıq özlərini qalib hadam gəlməz. Bundan qabaq bütün beynəlxalq aləm onun tərəfində idi. Amma indi deyil. O, bu səbəbdən səfər edə bilməz. Artıq bitdi, qurtardı. Bu məsələyə nida işarəsi qoyuldu. O bir də Qarabağı görməyəcək”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Paşinyanın səfəri olsa, Azərbaycan qoşunları Ermənistana girəcək: “Ermənistan məğlub tərəfdir. Bu səbəbdən də Azərbaycanın şərtlərinə əməl etməyə esab etdikləri dövrdəki kimi davrana bilmirlər. Davrana da bilməzlər. Onun səfəri olsa, o deməkdir ki, Azərbaycan qoşunları Ermənistana da girəcək”. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: