Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 İyl 11:07Dunya

“Perseverance” aparatı yaxın həftələrdə Mars torpağının nümunələrini toplayacaq

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) mütəxəssisləri yaxın həftələrdə “Perseverance” aparatında olan avadanlıqlar vasitəsilə Mars torpağının nümunələrini toplamağı planlaşdırır.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Amerikanın kosmik qurumunun əməkdaşı, həmin elmi layihənin rəhbəri Cennifer Trosper jurnalistlər üçün təşkil edilən brifinqdə bildirib. Onun sözlərinə görə, əldə edilən nümunələr tədqiq olunmaq üçün Yerə göndərilməlidir.

NASA-nın məlumatına görə, agentliyin mütəxəssisləri “növbəti iki həftə” ərzində nümunələrin toplanması üçün uyğun yer axtaracaq. Torpaq nümunələri bir vaxtlar göl olduğu ehtimal edilən yerdən götürülməlidir.

“Yoxlamaq istədiyimiz fərziyyələrdən biri də keçmişdə Ezero kraterini dolduran gölün bir dəfə deyil, bir neçə dəfə yaranması, quruması və yenidən əmələ gəlməsidir”, - deyə layihənin baş elmi mütəxəssisi Ken Farli bildirib. O qeyd edib ki, layihənin əsas məqsədi Marsda uzaq keçmişdə mövcud ola bilən həyat izlərini axtarmaqdır.

Mütəxəssislər, həmçinin kosmik aparatın marşrutu boyunca daim qarşıya çıxan qruntun vulkanik mənşəli olub-olmadığını öyrənməyi planlaşdırırlar. Onlar hesab edirlər ki, bu, planetin geologiyasını başa düşmək üçün vacibdir.

Qeyd edək ki, “Perseverance” kosmik aparatı fevralın 18-də Ezero kraterinin yaxınlığında Mars səthinə enib. NASA mütəxəssisləri bir neçə ay ərzində kosmik aparatdakı bütün sistemləri, avadanlıqları yoxlayıb və sınaqdan keçirib.

“Perseverance” torpaq nümunələrini təxminən 40 xüsusi konteynerə yerləşdirəcək. Konteynerlər xüsusi aparat vasitəsilə Mars orbitinə çıxarılacaq və başqa aparat vasitəsilə Yerə endiriləcək. NASA bunun 2030-cu illərdə baş tutacağını gözləyir. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: