Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 İyl 11:06Dunya

Tacikistan-Əfqanıstan sərhədinin 80 faizinə “Taliban” nəzarət edir

Əfqanıstanın Tacikistanla sərhədinin 80 faizinə “Taliban” hərəkatı nəzarət edir.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsində olan mənbə məlumat verib.

“Taliblərin Tacikistanla sərhədin bütün perimetrinə nəzarət etmələrinə dair məlumatlar həqiqəti əks etdirmir. Onlar hazırda Tacikistanla sərhədin yalnız 80 faizinə nəzarət edə bilir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, 2020-ci ildə “Taliban” hərəkatı və Birləşmiş Ştatlar 18 ildən artıq davam edən müharibədən sonra Dohada ilk sülh müqaviləsi imzalayıb. Sazişin şərtlərinə əsasən, xarici ölkə qoşunları 14 ay ərzində ölkəni tərk etməlidir. Həmin ilin sentyabrında Qətərin paytaxtında Əfqanıstan hökuməti ilə “Taliban” arasında başlayan sülh danışıqları isə heç bir nəticə verməyib.

ABŞ və müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarması fonunda aktivləşən “Taliban” hərəkatı ölkənin nəzarətini ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başlayıb. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: