Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
20 Noy 00:19Dagliq-Qarabagh
Ermənilərin göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotu vurmasından 29 il ötür - HƏLAK OLAN 22 NƏFƏRİN SİYAHISI
Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 29 il ötür.
APA-ya istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.
Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqini tapıb. Terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:
- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri, daxili işlər naziri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Saylau Dasumoviç Serikov - Qazaxıstan DİN-nin müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi