Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

08 Yan 11:40Cemiyyet

Azərbaycanda bu aydan toylar keçirilə bilər?

Azərbaycanda bu aydan toylar keçirilə bilər?“Ölkədə tətbiq olunmuş sərt karantin rejimi sayəsində, koronavirusa gündəlik yoluxmaların sayında kifayət qədər azalmalara nail olunub. Ümumiyyətlə koronavirusdan qurtulmaq üçün kütləvi peyvəndlənmə aparılacaqdır. Kütləvi peyvəndlənməyə cari aydan başlanacaqdır. Düşünürəm ki, fevralın sonuna qədər bütün ölkədə peyvəndlənməni başa çatdırmaq mümkündür. Ümumi peyvəndlənmə bitəndən sonra 1-2 ay biz gözləməliyik ki, vurulmuş peyvəndlər təsirini göstərsin. Düşünürəm ki, koronavirus ölkəmizdə pandemiya səviyyəsindən çıxarsa may ayından tətbiq olunmuş bütün məhdudiyyətlərin ləğv edilməsinə şərait yaranar,o cümlədən toyların keçirilməsi də mümkün olacaqdır”.

Respublikaxəbər.az xəbər verir ki, bunu sonxeber.az-a açıqlamasında deputat Azər Badamov Azərbaycanda neçə müddətdir ki, keçirilməyən toylardan danışarkən deyib:

“Düzdür ikinci ildir ki, gənclərimiz toy edə bilmirlər. Bu da ailə həyatı qurmaq istəyən insanların gözləmə mövqeyində dayanmalarına gətirib çıxartdı. Bununla yanaşı bu dövürdə toy etmədən evlənən ailələr də az olmamışdır. Şərait onu göstərdi ki, toy mərasimləri təşkil etmədən də ailə qurub, xoşbəxt olmaq mümkündür. Ona görə də düşünürəm ki, ümumiyyətlə dəbdəbəli toy mərasimlərinin keçirilməsini bundan sonra adətimizdən çıxartmalıyıq. İnsanlar üçün nə yaxşıdırsa, onu da adət halına gətirməliyik. Çünki dəbdəbəli saraylarda edilən böyük toy məclislərindən ancaq şadlıq evləri qazanc götürürlər. Toy sahibi isə borc-xərc edib övladına toy edir. Sonra da illərlə toy üçün alınmış borcun altından çıxa bilmirlər.

Biz düşünməliyik ki, bu bizə lazımdır mı? Düşünürəm ki, lazım deyil. Gələcəkdə evlənəcək gənclər üçün ediləcək toy mərasimləri dar çərçivədə, özünün lap yaxın qohum-əqrabasını yığıb kiçik bir məclislə keçirsələr daha yaxşı olar. Yəni, millət olaraq bizim üçün nə yaxşıdırsa, onu da adət etməliyik”.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: