Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Yan 18:55Cemiyyet

"Əsir götürüləndə nalayiq söz dedilər və mən onların cavablarını verdim" - Amin Musayev

"Əsir götürüləndə nalayiq söz dedilər və mən onların cavablarını verdim" - Amin Musayev“Vətənə qayıtdığım üçün Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Düşünürəm ki, əsir düşməkdənsə ölmək yaxşıdır. Əsir götürülən zaman mənə nalayiq söz dedilər və mən onların cavablarını verdim. Orada rus jurnalistin olmasını belə bilmirdim”.

Respublikaxəbər.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Musayev Amin Alim oğlu deyib.

“Məni sonra tibbi maşına mindirəndə də vurdular. Müəyyən yol getdikdən sonra maşını saxlayıb yenə vururdular. Sonra huşumu itirdim. Xəstəxanada olduğumu isə sonradan bildim. Həkim sarğı edən zaman səsim çıxanda belə məni vururdu. Kefləri nə zaman istəyəndə isə yemək verirdilər. Gətirib tullayıb gedirdilər”, - deyə o bildirib.

Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: