Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

29 Okt 13:58Cemiyyet

DİM-dən I ixtisas qrupunu seçən abituriyentlərə VACİB MÜRACİƏT - CƏDVƏL

DİM-dən I ixtisas qrupunu seçən abituriyentlərə VACİB MÜRACİƏT - CƏDVƏL

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər. Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

İmtahan fənləri və hər bir fənn üzrə toplanılması mümkün olan maksimal ballar

I qrup
RK altqrupu Rİ altqrupu
I mərhələ (cari ilin məzunları üçün – buraxılış imtahanı)
Azərbaycan (rus) dili –100 bal
Riyaziyyat –100 bal
Xarici dil –100 bal
II mərhələ
Riyaziyya –150 bal
Fizika –150 bal
Kimya –100 bal İnformatika –100 bal
Ümumi
700 bal 700 bal
I qrup
RK altqrupuna daxil olan ixtisasların siyahısı Rİ altqrupuna daxil olan ixtisasların siyahısı
Fizika müəllimliyi İnformatika müəllimliyi
Riyaziyyat müəllimliyi Riyaziyyat və informatika müəllimliyi
Texnologiya müəllimliyi Kompüter elmləri
Fizika İnformasiya təhlükəsizliyi
Geologiya İnformasiya texnologiyaları
Mexanika Kompüter mühəndisliyi
Riyaziyyat Mexatronika və robototexnika mühəndisliyi
Aerokosmik mühəndislik Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Aqromühəndislik Sistemlər mühəndisliyi
Aviasiya təhlükəsizliyi mühəndisliyi
Cihaz mühəndisliyi
Dəniz naviqasiyası mühəndisliyi
Ekologiya mühəndisliyi
Elektrik və elektronika mühəndisliyi
Energetika mühəndisliyi
Gəmi energetik qurğularının istismarı mühəndisliyi
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
Geologiya və geofizika mühəndisliyi
Geomatika və geodeziya mühəndisliyi
Hava nəqliyyatının hərəkətinin təşkili
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
İnşaat mühəndisliyi
Kimya mühəndisliyi
Kommunikasiya sistemləri mühəndisliyi
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Maşın mühəndisliyi
Materiallar mühəndisliyi
Mədən mühəndisliyi
Meliorasiya mühəndisliyi
Memarlıq*
Metallurgiya mühəndisliyi
Mexanika mühəndisliyi
Mühəndis fizikası
Neft- qaz mühəndisliyi
Nəqliyyat mühəndisliyi
Nəqliyyat tikintisi mühəndisliyi
Qida mühəndisliyi
Radiotexnika və telekommunikasiya mühəndisliyi
Şəhərsalma
Sənaye mühəndisliyi
Uçuş mühəndisliyi
Yanğın təhlükəsizliyi mühəndisliyi
Aqronomluq
Balıqçılıq
Meşəçilik
Şərabçılıq
Torpaqşünaslıq və aqrokimya
Yerquruluşu və daşınmaz əmlakın kadastrı
Zoomühəndislik
Hərbi kompozisiya materialları mühəndisliyi
Hərbi rabitə vasitələri mühəndisliyi
Optotexnika mühəndisliyi
Pirotexniki və partladıcı vasitələr mühəndisliyi
Sərhəd təhlükəsizliyi və idarəetmə
Silah və silah sistemləri mühəndisliyi. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: