Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

16 Okt 20:25Cemiyyet

Xalqın Sevimlisi ...Qarabağın xilaskarı ...

Azərbaycan Prezidenti Heydər Əliyevin səhətində olan problemlərə görə Prezident seçkilərində mübarizə aparmaqdan imtina etdi və namizədliyi oğlu -Milli Məclisin deputatı ,avqustun 4-dən isə Azərbaycanın Baş naziri olan İlham Əliyevin xeyrinə geri götürdü . Heydər Əliyevin ölümü ilə sarsılan xalq bir liderini itirdi ,lakin Azərbaycanın gələcəyinə günəş kimi doğan yeni bir lider qazandı .Biz bu illər ərzində çox yeniliklərə imza atdıq ,öz gücümüzü tarixi-iqtisadi arenalarda dəfələrlə göstərdik .Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən dünyanın nəbzini əlində məharətlə saxlayır.O bu illər ərzində yurdumuzu və xalqını gözlənilməz və gözlənilən risklərdən uğurla qorumuş,vətənini qələbədən -qələbəyə qovuşdurmuşdur.
Müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə sinə gərir. 2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur. Ümumilikdə, 2003-2021-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Azərbaycan Prezidenti İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.
Dəmir yumruğun gücü ...
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz düşməni diz çökdürdü. 2020-ci ilin 10 noyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xalqımıza müjdələdiyi bu zəfər xəbəri ilə ürəyimizdə 30 ildir yuva salan şaxtalı, buzlu həsrət dağı bir andaca əridi, yoxa çıxdı. Çox həsrətini çəkmişdik bu anların, bu günlərin... Düz 30 il idi ki qəlbimizdə Qarabağ ağırlıqda bir dağ vardı...
Ata-baba yurdlarına həsrət, doğmalarının məzarını ziyarət edə bilməyən, son mənzilə doğma ocağında köçmək nəsibi olmayan vətən qəriblərimiz çox idi...
İndi isə bütün bu ağrı-acılara, nisgilə, yurd qubarına son qoyulmuşdu... Cəmi bir neçə ay əvvələ qədər röyalarımızın bəzəyi, ümidlərimizin zirvəsi olan Qarabağ arzularımıza cənab Ali Baş Komandan İlham Əliyevin düşmənin başına endirdiyi yumruğunun zərbəsi ilə çatmışıq

Bakı Slavyan Universiteti
Baxşiyeva Səbinə
Xalqın Sevimlisi ...Qarabağın xilaskarı ... dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: