Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 Sen 17:13Cemiyyet

DİQQƏT, UŞAQLAR!

DİQQƏT, UŞAQLAR!


Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.

Bu barədə RESPUBLİKAXEBER.az-a Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev bildirib.

DİQQƏT, UŞAQLAR!


Daxili İşlər Nazirliyinin rəhbərliyinin və yerdəki müvafiq qurumların bu sahəyə xüsusi diqqət yetirmələri nəticəsində ölkədə nəqliyyat vasitələri sayının ilbəil artması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayının azalmasına baxmayaraq, cari ilin 8 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 35 azyaşlının həlak olması, 106 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur.
Bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2021-ci ilin sentyabr ayının 20-dən, oktyabr ayının 20-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİQQƏT, UŞAQLAR!


20 sentyabr 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri ərazisində aylığın keçirilməsi barədə sürücülərin məlumatlandırılması məqsədi ilə tədbir keçirib. Tədbir zamanı, 76 sürücü saxlanılaraq onlara maarifləndirici vərəqələr paylanıb. Sürücülərə təqdim edilən vərəqələrdə onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 54-cü maddəsi və Azərbaycan Respublikası İXM-nin 330.0.1 və 330.0.2-ci maddələri qeyd olunub. O cümlədən, 52 piyada saxlanılaraq onlara da maarifləndirici vərəqələr paylanıb. Piyadalara təqdim edilən vərəqələrdə isə, onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsi, “Piyadanın vəzifələri” qeyd olunub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi aylıq ərəfəsində bütün təhlükəsizlik tədbirlərini həyata keçirir.
Rayon Təhsil Şöbəsinin, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə, eləcə də valideynlər və ictimai qurumların nümayəndələrinə müraciət edirik ki, piyadaların, xüsusilədə məktəblilərin yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün Dövlət Yol Polisinə yaxından köməklik göstərsinlər.

RESPUBLİKAXEBER.AZ dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: