Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

31 Avq 17:21Cemiyyet

Ümrə ziyarəti ilə bağlı konkret qərar yoxdur - QMİ

Ümrə ziyarəti ilə bağlı konkret qərar yoxdur - QMİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Ümrə ziyarətinin təşkil edilməsi ilə bağlı hələ ki, konkret qərar yoxdur.

Respublikaxeber.az xəbər verir ki, QMİ-dən KONKRET.az-a verilən məlumata görə, hazırda Ümrə ziyarəti üçün qoyulan şərtlər idarə tərəfindən müzakirə edilir. Bildirilib ki, ziyarət üçün şərtlər pandemiya qaydalarına uyğundur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığını Həcc və Ümrə Nazirliyi Ümrə ziyarəti ilə bağlı şərtləri açıqlayıb.

Ümrə ziyarətinə 18 yaşdan yuxarı olan və koronavirusa qarşı peyvənd olunmuş şəxslər gedə bilərlər. Ümrə ziyarəti üçün Pfizer, AstraZeneca, Moderna, Johnson&Johnson vaksinləri keçərlidir. Lakin gələcəkdə Sinovac və Sinopharm vaksinlərinin də keçərli olması nəzərə alına bilər. Eyni zamanda, Ümrə ziyarətinə gedənlər Səudiyyə Ərəbistanında test verəcəklər və cavab neqativ çıxdığı halda ziyarətə icazə veriləcək.

QMİ-dən bildirilib ki, bütün bu şərtlər ətraflı müzakirə edildikdən sonra müvafiq qərar qəbul ediləcək. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: