Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 İyn 12:15Bolge-Xeberleri

Göyçay RPŞ-nin DYP-bölməsinin əməkdaşı sərxoş sürücünü pul aldıqdan sonra sərbəst buraxıb?

Göyçay RPŞ-nin DYP-bölməsinin əməkdaşı sərxoş sürücünü pul aldıqdan sonra  sərbəst buraxıb?


Göyçay RPŞ-nin DYP- bölməsinin Şahin adlı İnspektoru, polis serjantı iki gündür ki, sürücünü içkili halda saxlayıb, pul aldıqdan sonra sərbəst buraxıb.
Bunu Respublikaxəbər.az-a (redaksiyamıza) şikayət edən Göyçay Rayon, Ləkçıplaq kənd sakini Abdullayev Yaqub Tahir oğlu bildirmişdir. Belə ki, şikayətçinin şikayətində qeyd etdiklərini Sizə təqdim edirik.
Hörmətli Elyaz müəllim,
Mən Abdullayev Yaqub Tahir oğlu, redaksiyanıza müraciət edərək bildirirəm ki, 08 iyun 2021-ci il tarixdə, təxminən saat 21:30 radələrində Göyçay rayon ərazisində, "SƏRİN MƏKAN" adlı kafedə yeyib-içib Sipirtli içki qəbul edib çıxdıqda sərxoş vəziyyətdə olaraq xalam oğluna məxsus Mitsubishi markalı 23 BH 963 DQN nişanlı avtomobilə əyləşərək idarə etmə hüququm olmadan avtomobili hərəkətə başlatdım. Bir qədər getdikdən sonra Göyçay rayonunda yerləşən Kərpiczavodun qarşısında Göyçay RPŞ-nin DYP- bölməsinin 99 YP 623 DQN nişanlı Hyunday markalı xidməti avtomobilini idarə edən əməkdaş mənə dayanma əmrini verdi. Mən də dərhal polisin qanuni tələbinə (göstərişinə) əməl edərək dərhal dayandım ona yaxınlaşdım, mənim sipirtli içki qəbul etdiyimi bildirdi, mən də etiraf etdim. 10 manat da pulu sükanın sağ tərəfindəki pəncərəsindən ona verdim. O isə mənə yaxşı yol dedi və hər ikimiz də yolumuza davam etdik.
Səhəri gün mən yenə Göyçay rayon ərazisində həmin YPX-nin əməkdaşı Şahinin kafesi kimi tanınan iki mərtəbəli kafedə pivə içdim, düşüb yenə eyni avtomobilə əyləşib avtomobili idarə etdim. Bir qədər getdikdən sonra YDM-dən yanacaq doldurub çıxdığım zaman həmin YDM-nin çıxışında yenə həmin YPX-nin avtomobili ilə eyni dünən saxlayan Şahin adlı polis serjantı mənə dayanma əmrini verdi, mənə sipirtli içki qəbul etdiyimi bildirdi və məni müayinəyə apardı, sipirtli içki qəbul etməyim sübuta yetirildi. Sonra məni şöbəyə gətirdi, avtomobili saxlama yerinə saldı. Mən ona şöbənin həyətində 250 manat pul verdikdən sonra məni yenə yaxşı yol deyərək həmin avtomobil ilə yola saldı. Mən ona səndən şikayət edəcəyəm dedikdə, o isə nalayiq ifadələr işlədərək mənə heç kim heçnə edə bilməz! Get işinlə məşğul ol dedi!
Redaksiyanın rəhbəri olaraq qarşı tərəflə əlaqə saxlayıb, onun (Şahin adlı YPX-nin əməkdaşı) barəsində edilən ittiham xarakterli şikayətin məzmunu ilə bağlı məlumat verib, mövqe bildirməsini xahiş etdik. Həmin əməkdaş da onun barəsində deyilənlərin şər-böhtan xarakterli ittiham olduğunu bildirdi.
Hər iki tərəfin mövqeyi qərəzli olduğu üçün şikayətin tam, obyektiv, qərəzsiz, doğru-dürüst və hərtərəfli araşdırılması ilə bağlı tərəfimizdən Respublika Baş Prokuroluğu başda olmaqla, Surəti- DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu hazırlanır. Yenə də mövqeləri və rəyləri dinləməyə hazırıq!

Respublikaxəbər.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: