Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

11 Apr 11:03Bolge-Xeberleri

Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb

Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb
Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Nəbiağalı qəsəbəsində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Respublikaxəbər.az-ın məlumatına görə, mərasim iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 7 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayonun Çobanabdallı kəndində də yas mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa rayonun Sərkar kənd sakininə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq yas mərasimi keçirməsi aşkar edilərək, mərasim dayandırılmış, iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılaraq barələrində inzibati tədbir görülüb.

Respublikaxəbər.az 0518310101 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: