Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 Okt 18:03Bolge-Xeberleri

Ermənistanın atəşə tutduğu Beyləqandan FOTOLAR

Ermənistanın atəşə tutduğu Beyləqandan FOTOLAR




Oktyabrın 3-də Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini ağır artilleriyadan atəşə tutub.

AZƏRTAC-a istinadən Rəspublikaxəbər.az xəbər verir ki, düşmənin atdığı top mərmiləri nəticəsində dinc sakinlərdən ölən və yaralananlar var, evlər dağıdılıb, infrastruktura zərər vurulub.

1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar.

Eyni zamanda, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 22-yə, xəsarət alanların sayı isə 74-ə çatıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya atəşi nəticəsində 248 evə və 49 mülki obyektə ciddi ziyan dəyib.






Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: