Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

31 Avq 09:52Bolge-Xeberleri

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO



Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Respublikaxəbər.az-ın məlumatına görə, hadisə avqustun 30-da axşam saat 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər rayon sakini - 1952-ci il təvəllüdlü Şamsu Məhəmməd qızı Orucova və 1992-ci il təvəllüdlü Emil Nadir oğlu Hacıəhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan Ş.Orucovanın müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. E.Hacıəhmədovun xəsarəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.




Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: