Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

14 Okt 09:59Bolge-Xeberleri

ŞƏKİ DYP TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

ŞƏKİ DYP TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR


Respublikaxeber.az xəbər verir ki, 13 oktyabr 2021-ci il tarixdə, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən keçirilən növbəti təhlükəsizlik tədbiri, uşaq travmatizminin qarşısının alınması məqsədi ilə keçirilib.

Təhlükəsizlik tədbiri zamanı, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, hərəkət iştirakçılarına, keçirilən bu tədbirin məqsədi və mahiyyəti barədə ətraflı məlumat verib. Şəki şəhəri ərazisində, yolun hərəkət hissəsinə yaxın məsafədə yerləşən təhsil müəssiələrinin qarşısında yol patrul xidməti əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər həyata keçirilib. 13 oktyabr 2021-ci il tarixdə Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən təhlükəsizlik tədbiri zamanı yol hərəkəti qaydasını pozan 6 nəfər piyada barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bundan əlavə, 13 oktyabr 2021-ci il tarixdə Şəki şəhəri, 17 saylı tam orta məktəbin II və III sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib.
Tədbir, mövcud pandemiya qaydalarına uyğun olaraq, açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilib.
Tural Niftalıyev, tədbirin keçirilməsində əsas məqsədin uşaq travmatizminin qarşısının alınması olduğunu qeyd edib.

Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və hər birinə yol hərəkəti haqqında qanunun 40-cı maddəsi, “Piyadanın vəzifələri” yazılmış vərəqlər paylanılıb.

Sualların cavablandırılmasında aktivlik göstərərək fərqlənən məktəbin 3 B sinif şagirdi Zaməddinli Aqşin Fərid oğlu Şəki Dövlət Yol Polis Bölməsinin tədbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün hazırlanmış vəsaitlə mükafatlandırılıb.

ŞƏKİ DYP TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR


ŞƏKİ DYP TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR


ŞƏKİ DYP TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR


ŞƏKİ DYP TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR


[center]ŞƏKİ DYP TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: