Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

02 İyl 10:09Bolge-Xeberleri

Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı

Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Report-a istinadən Respublikaxəbər.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Şamilov Qismət Sarıbala oğlunun idarə etdiyi VAZ-2112 markalı avtomobil əks istiqamətdə hərəkətdə olan, 23 yaşlı Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə, minik maşınının sərnişini - 25 yaşlı Şamilov Kahin Zəhram oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq, təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: