Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

30 İyn 09:52Bolge-Xeberleri

Kürdəmirdə mikroavtobus su kanalına aşdı: Yaralılar var - FOTO

Kürdəmirdə mikroavtobus su kanalına aşdı: Yaralılar var - FOTO

Kürdəmirdə mikroavtobus su kanalına aşıb.

Baku TV xəbər-yə istinadən Respublikaxəbər.azv xəbər verir ki, hadisə Kürdəmir-Zərdab magistralının Ərəbxana kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 26 yaşlı, Masallı rayon sakini Elnur İbrahimzadə “Mercedes Vito” markalı mikroavtobusla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Maşın yoldan çıxaraq, yol kənarındakı kanala aşıb. Hadisə zamanı sürücü Elnur İbrahimzadə və onun sərnişinləri - Bakı sakini, 23 yaşlı Nəzrin Abbaszadə və Kürdəmir sakini, 22 yaşlı Mehman İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Onlar dərhal təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: