Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 İyn 13:19Bolge-Xeberleri

Ata traktoru aşırdı, oğlu öldü

Ata traktoru aşırdı, oğlu öldü

İyunun 22-də saat 22 radələrində Bərdə rayon ərazisində 15 yaşlı Elnur Məmmədlinin traktorun aşması nəticəsində aldığı xəsarətlərdən ölməsi ilə bağlı məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Lent.az -a istinadən Respublikaxəbər.az-ın məlumatına görə, prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilib.

Müəyyən edilib ki, həmin gün 49 yaşlı Səyavuş Məmmədov özünə məxsus traktorla oğlu Elnur Məmmədli ilə birlikdə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirməklə traktorun aşması nəticəsində E.Məmmədli müxtəlif bədən xəsarətləri almaqla hadisə yerində ölüb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: