Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 İyl 02:52Bolge-Xeberleri

AĞSU RPŞ-NİN ƏMƏKDAŞLARI GECƏ SAAT 3 DƏ FƏALİYYƏT GÖSTƏRƏN KAFEYƏ YAXIN DURMADILAR! GÖRƏSƏN KAFE KİMİNDİR?

Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyev 20 iyul 2021-ci il tarixdə, gecə saat 03 radələrində Ağsu rayon ərazisində fəaliyyət göstərən kafe aşkarlamış, polis kafeyə yaxınlaşmağa belə cəhd etməmişdir. Bu barədə Elyaz Gülüyevin, Azərbaycan Respublikasının DİN-nə ünvanladığı məlumat məktubunu təqdim edirik.



AZƏRBAYCAN RESPUBLİKASI
RESPUBLİKAXƏBƏR.AZ İNFORMASİYA-
XƏBƏR PORTALI

AZ1073 Bakı şəh,Yasamal ray, Mətbuat pr, 529-cu məhəllə: Az.Nəşriyyatı
respublikaxeber.az@gmail.com Əlaqə: (051) 8310101:

____/_____ /______ /- ci il №___ ________

Surəti: Azərbaycan Respublikasının
DİN-general-polkovnik
Surəti: Ağsu RPŞ-nin rəisinə:


(Ağsu RPŞ-nin 10-larla polis nəfərlərinin və həmin polis nəfərlərinə qanunsuzluğa göz yummaları üçün göstəriş verən rəhbər əməkdaşın qanunsuz hərəkətləri barədə)

Hörmətli, cənab Nazir,
Hörmətli Rəis,

İlk öncə Sizləri salamlayaraq, çox mübarək şəkildə qeyd etdiyimiz “Qurban bayramı” münasibəti ilə təbrik edib, kəsdiyiniz qurbanların qəbulunu uca Allahdan diləyirəm. Qeyd edərək bildirirəm ki, hər zaman jurnalistika fəaliyyətimlə məşğul olmaqda məqsədim ölkə rəhbərimizin ictimai nəzarətə böyük önəm verməsidir. Ona görə ki, cənab Prezidentimiz Milli mətbuat günü çıxışında bizləri təbrik edərək, “Jurnalistlər mənim dostlarımdır, ona görə ki, mənim bilmədiyim çox halları mənə televiziya, qəzet, jurnal və.s sosial şəbəkələr vasitəsi ilə çatdırılar.” Bizim bu kimi fəaliyyətimizi dəyərləndirən, bizi özünə dost bilən cənab prezidentimizə qarşı sadiq olmaq bizlərin şərəf borcumuzdur. O səbəbdən də mən aşağıda qeyd edəcəyim neqativ halı mən Siz rəhbərlərdən gizlədə bilmərəm.
Məlumat üçün bildirirəm ki, 20 iyul 2021-ci il tarixdə saat- 03 radələrində Ağsu rayon ərazisindən keçərkən, Ağsu rayonundan Şamaxı rayon ərazisi istiqamətində gedən yoxuşda yolun sağ kənarında Mənzərə restoranına çatmamış adsız bir kafenin fəaliyyət göstərdiyini gördüm. Maşınımdan düşərək kabab bişirən kişiyə və onun yanında dayanan gənc oğlana yaxınlaşıb, həmin saatda fəaliyyət göstərərək nə üçün qanuna hörmətsizlik etdiklərini soruşdum. Həmin vaxt gənc oğlan mənim kimliyimi və xidməti vəsiqəmi göstərməyimi tələb etdi. Mən də xidməti vəsiqəmi göstərərək Respublikaxəbər.az İnformasiya-Xəbər Portalının təsisçi, baş direktoru olduğumu bildirdim. Bundan sonra gənc oğlan, özünün də dövlət işçisi olduğunu bildirdi və dövlətin göstərişi əsasında fəaliyyət göstərdiyini bildirdi. Mən həmin yoxuşu qalxarkən, yoxuşun əvvəlində dayanan Ağsu RPŞ-nin PPX-nin əməkdaşlarını gördüyüm üçün gördüyüm qanunsuzluq barədə məlumat vermək üçün yoxuşu geri qayıtdım, həmin əməkdaşlara bildirdim ki, mənimlə bərabər həmin kafenin yanına gedərək, onların barəsində ciddi tədbir görsünlər. Mənim bu məlumatımdan sonra, PPX-nin əməkdaşları bildirdilər ki, biz komandirə məlumat verək, ondan sonra gedə bilərik. Nəticə etibarı ilə, komandirlərinə məlumat verdilər, bildirdilər ki, Siz gedin, biz də gəlirik. Mən yenidən həmin kafenin yanına getdim, yenə həmin kafenin işlətdiyini gördüm. Amma mən həmin kafenin yanına qayıdarkən düşünürdüm ki, yəqin polis əməkdaşları ona məlumat verəcəklər ki, biz gələnə qədər bağlayın gedin. Lakin yenə də həmin kafenin fəaliyyətini davam etdiyini gördüm, əməkdaşları bir qədər gözləsəm də gəlmədikləri üçün yenidən qayıtdım. Mən təkrar qayıdan zaman artıq iki ədəd PPX-nin avtomobilini və 10 a qədər polis nəfərlərinin toplaşıb dayandığını gördüm. Onlara bir daha yaxınlaşdım ki, bəs niyə gəlmirsiz? deyə sual verdim. Onlar bildirdilər ki, səni nə maraqlandırır? Sənə nə lazımdır? Mən də onlara bildirdim ki, mənim vəzifəm gördüyüm müsbət və ya mənfi halları aidiyyatı qurumlara çatdırmaqla, dövlətimə köməkdar olmaqdır. Heçnə də istəmirəm, heçnəyə də ehtiyyacım yoxdur! Sonda həmin əməkdaşlar mənə bildirdilər ki, biz həmin kafeyə yaxınlaşa bilmərik. Mən də DİN-nin 102 xidmətinə olduğu kimi məlumat verdim və bildirdim ki, mən polisə kömək edirəm, polis isə həmin kafeyə yaxınlaşmır. Səhər açılana yaxın mən yuxusuz olduğum üçün Kürdəmir şəhərində maşınımda təxminən 2-3 saat yatdım, saat təxminən 9-10 radələrində Ağsu RPŞ-dən Aydın adlı polis mayoru zəng edərək mənimlə nəzakətli şəkildə davrandı və mənim Ağsu RPŞ-nə getməyimi xahiş etdi. Mən də polis əməkdaşlarına (Azərbaycan polisinə çox və hədsiz hörmətimin olduğu üçün) həmin polis mayorunun xahişini rədd etmədim və etiraz etmədim. Ağsu RPŞ-nə gedib çatdığımda yenə də əvvəldə qeyd etdiyim kimi polis mayoru mənə çay da verdi və xahiş etdi ki, şikayətçi olmayım. Mən də bildirdim ki, mən sadəcə polis əməkdaşlarının mənim çağırışıma gəlməmələri ilə bağlı şikayətçi olmaya bilərəm. Lakin dövlət işçisiyəm adı ilə gecə saatlarında kafe işlədərək dövlətimizin xidmətində dayanan dövlət işçilərinin nüfuzlarına xələl gətirən vətəndaşı bağışlaya bilmərəm. Polis mayoru mənə bildirdi ki, əvvəl izahatı yaz, sonra da ərizəni yaz. Axı mən bilən əvvəl ərizə yazılıb, sonra izahat yazdırırlar. İndi nə üçün mənə belə yazdırdılar? Mən izahatımda kafenin fəaliyyət göstərməsini qeyd etdim, lakin mənə polis mayoru üz vuraraq polis nəfərlərindən şikayətçi olmamağımı xahiş etdiyinə görə onu qeyd etmədim. Sonra ərizəni yazdıranda bildirdi ki, get həmin kafeni bizim əməkdaşa göstər, sən çıx get, mən onu bu gün gətirib bura tədbir görəcəyəm. Mən də təəccübləndim ki, noldu ki, bu polislər mənimlə gecə gedib, kafeyə baxmadılar. İndi günorta saatlarında getməli oldular. Bundan əlavə də çox sağolsun, polis mayoru məni yan otağa apararaq, mənə benzin pulu da təklif etdi ki, müxbirsən, gəlmisən, benzin işlətmisən. Mən də bildirdim ki, mən o eniş -yoxuşu 3-4 dəfə qalxıb düşmüşəm, ehtiyyac olarsa, həmin vaxt sərf etdiyim benzinimi cənab nazirə xahiş edərəm mənə köməklik edər. Nəticədə onlara güvənim itdiyi üçün nə dedi yazıb çıxdım.

Lakin,məndə belə bir sual yarandı: Mən bu sualı özüm-özümə verib, cavabını tapa bilmirəm.
Özüm-özümə verdiyim sual belədir: Görəsən bu kafe kimindir? ki, polislər dedi ki, biz ora yaxın gedə bilmərik.
Mənə bu cavabı tapmağa köməklik göstərəcəyinizə əminəm.
Hörmətli rəhbərlər,

Sizdən həmin kafeni işlədən şəxsin, onun qanunsuz hərəkətləri barədə mənim məlumat verməyimə baxmayaraq göz yuman polis nəfərlərinin və həmin polis nəfərlərin məlumat yerinə getməsinə mane olan öz dediklərinə görə komandirlərinin barəsində ciddi tədbir görməyinizi və müraciət müəllifi olaraq nəticə barədə mənə məlumat verməyinizi Sizdən xahiş edirəm.

Onu da qeyd edim ki, mən Azərbaycan Respublikasının DİN-i general-polkovnik cənab Vilayət Eyvazovu və Azərbaycan Respublikasının DİO-da ləyaqətlə xidmət edən polis əməkdaşlarına hədsiz dərəcədə sayğım, hörmətim və məhəbbətim olduğu üçün ilk öncə Azərbaycan polisinin gözü olan cənab Nazirimizə məlumat verirəm.
İnanıram və güvənirəm ki, həmin kafeni işlədənin və qanunsuzluğa göz yuman əməkdaşların barəsində ciddi tədbir görüləcək.

Əvvəlcədən bir daha təşəkkür edirəm.
Qarşı tərəfi dinləməyə də hazırıq!

Hörmətlə:
Təsisçi, baş direktor: dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: